29 İyul 2016 12:15

Məşhur pop ifaçısı Keti Perri Demokratlar partiyasından ABŞ prezidentliyinə namizəd Hillari Klintona dəstək olub.

Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, demokratların tədbirində iştirak edən Keti Perri “Roar” mahnısını Hillari Klintona dəstək üçün səsləndirib.

ABŞ-da prezident seçkiləri noyabrın 8-də baş tutacaq. Klinton prezident kürsüsü uğrunda respublikaçıların nümayəndəsi Donald Trampla mübarizə aparacaq.

Rəqsanə


Müəllif: