28 İyun 2014 11:57
757

Müğənni Nadir Qafarzadə “Göndər” adlı mahnısına klip çəkdirib.

İfaçı Teleqraf.com saytına açıqlamasında bildirib ki, sözləri və musiqisi Fərid Kərimiyə aid olan mahnının klip çəkilişləri Gürcüstanda olub.

Səfər təəssüratlarını bölüşən müğənni klip çəkilişindən əlavə Gürcüstan televiziyasından proqrama təklif aldığını da deyib:

“Lakin müəyyən səbəblərdən və vaxt azlığından verilişə qatıla bilmədim. Hətta orada bir neçə layihə təklifləri də aldım. İnşallah, zamanla həmin təkliflərin ən yaxşısını reallaşdıracağam”.

Qeyd edək ki, çəkilişləri Gürcüstanın Tiflis şəhərində aparılan klipin rejissoru Elnur Əliyevdir. Klipdə N.Qafarzadənin tərəf müqabili 2012-ci ildə “Gürcüstan gözəli” seçilən Tamar Shedania olub.

Bir günə aparılan çəkilişlər “Ozan MW Production”un işçi heyəti tərəfindən reallaşıb.

Hazırda montaj prosesində olan klip qısa zamanda təqdim olunacaq.

Klip çəkilişlərindən olan fotoları oxucularımıza təqdim edirik.

Aysel Şirinzadə


Müəllif: