7 İyul 2014 11:32
2 319
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daim küsüb-barışan tanınmış aktyor Kenan İmirzalıoğlu Kübra Küçük ikilisindən yeni xəbər var.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, İmirzalıoğlu sevgilisi Kübranı Çeşmədə birgə qaldıqları evdən qovub. Orada istirahət edən ikili arasında ötən gün gərginlik yaşanıb, Kenan sürücüsünü çağıraraq ondan Kübranı gedəcəyi yerə aparmasını istəyib.

Qeyd edək ki, ikili arasında belə gərginlik ilk dəfə deyil ki, yaşanır. Ötən il narkotik qalmaqalında adı hallanan İmirzalıoğlu hadisələrdən ardından xarici ölkələrdən birinə gedəndə Küçüklə ayrılması barədə xəbərlər yayılmışdı. Amma Küçük ayrılmadıqlarını, münasibətlərini gözdən uzaq xoşbəxt şəkildə davam etdirdiklərini bildirmişdi.

Pərvin


Müəllif: