23 İyun 2017 10:48
867
12 Punto 14 Punto 16 Punto 18 Punto

Müğənni Jasmin əri, Moldovalı biznesmen İlan Şorun tutulmasından danışıb.

Teleqraf.com-un məlumatına görə, Jasmin ərinin günahsız olduğunu iddia edib: “Məhkəmənin bu qərarı hələ birinci mərhələnin nəticəsidir. Mən əminəm ki, ərim günahsızdır və biz bunu növbəti mərhələlərdə sübut edəcəyik!”

Jasmin ərinin səhhətinə görə narahat olduğunu qeyd edib:

“Bu dəqiqə məni məhkəmənin yanlış qərarından çox, İlanın səhhəti narahat edir. Bu cür ədalətsizlik onu kimi insanı məhv edə bilər. Dünən onun ürəyi tutub və təcili yardım çağırılıb. Belə olmaz... Ümid edirəm ki, bu kabus tezliklə bitəcək!”


Müəllif: Könül Əlibəyli