10 Sentyabr 23:14

Məşhur yumor ustası Şahan Göybaxar “Recep İvedik-6”-nın çəkilişlərinə hazırlaşır.

Teleqraf.com xəbər verir ki, aktyor filmin 2019-cu ildə nümayiş olunacağını deyib. Ekran işinin rejissoru yenə Toqan Göybaxar olacaq. Bu barədə Şahan özü yerli mediaya məlumat verib:

“Toqanla hazırlığa başladıq. “Recep İvedik-6” üçün 2 fərqli ssenarimiz var. Hazırda onlardan birini seçib çəkilişlərə başlamağı planlaşdırırıq. Film ehtimal ki, 2019-cu ilin fevralında nümayiş olunacaq. Gözləyin”.


Müəllif: Könül