13 Aprel 2014 23:51

Türkiyənin tanınmış sənətçisi Yıldız Tilbə Youtube-nin bağlanmasına etiraz edib.

Teleqraf.com-un məlumatına görə, müğənni “Şivəsi Sənsən Aşkın” adlı yeni albomunun təqdimatında bu barədə etirazını bildirib:

“Youtube-a baxırsan bir gün qapalıdır, bir gün açıqdır. Mən bu sosial şəbəkədə faydalı məlumatlar, mahnılarımı, şeirlərimi paylaşıram. Zərərli materiallara baxmıram. O səhifələr qapadılsın. Youtube qadağası mənə haqsızlıqdır”.

O yeni albomundan da danışıb: “Mən bu gün çox xoşbəxtəm. Yeni bir albomum çıxıb. 12 mahnıdan ibarətdir. Gülə-gülə dinləyin, İnşallah”.


Müəllif: