28 Noyabr 2017 00:35
1 166
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tuvana Türkay restorandan qovulub.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, “Fənərbağça” futbolçusu Alpər Potukla ayrılması ilə gündəmə gələn aktrisa dünən iti ilə birlikdə restorana daxil olduqdan az sonra restorandan çıxarılıb. Məlum olub ki, restoran heyvanla gələn müştəriləri qəbul etmir.

Aktrisa hadisəyə belə reaksiya verib:

"Nə baş verdiyini bilmədim... Rəsmən bizi qovdular. Heyvanlar danışa bilmir deyə onları təcrid etməliyik? Qanun onları mal kimi yox, can kimi qəbul etməyi tövsiyə edir. Heyvanlara dost olan məkanların çoxaldılması lazımdır".

Qeyd edək ki, həmin iti aktrisaya “Fənərbaxça”lı futbolçu hədiyyə etmişdi.


Müəllif: Sara