15 Yanvar 2018 16:45
4 846
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ötən gün Bakıda "Böyük saray" restoranında baş tutan dəbdəbəli toy mərasiminin səbəbkarlarının kimliyi bilinib.

Teleqraf.com xəbər verir ki, bir çox əcnəbi ulduzun qonaq olduğu toyda gəlin Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadənin qardaşı nəvəsidir.

Gəlinin valideynləri həkimdir və onlar Bakıda yaşayırlar.

Qeyd edək ki, toy mərasimində türkiyəli müğənnilər Mustafa Ceceli, Fərhad Göçər, Murad Boz, rusiyalı aparıcı Valdis Pelş, müğənni Leonid Aqutin də olub. /Axşam.az/


Müəllif: Teleqraf.com