22 Avqust 2014 14:16

Rəqqasə Oksana Rəsulova onu təhqir edənlərə ismarıc göndərib.

Sənətçi sosial şəbəkədə onun ünvanına nalayiq sözlər yazanlara bunları deyib:

“Mənim səhifəmə abunə olan paxıl insanlar kiminsə xahişi ilə mənə haqsız və tərbiyəsiz şərhlər yazırlar. Onlar öz səviyyələrini göstərirlər. Şəxsiyyəti bilinməyən həmin adamlara demək istəyirəm ki, siz nə qədər yazsanız da, pozsanız da, mənə heç vaxt çata bilməyəcəksiniz. Ay yazıqlar, siz qara siyahıdasınız və həmişə də orada olacaqsınız. Ora sizin ən rahat yerinizdir. Çürüyün orada. Dostlar, xahiş edirəm, belə insanlara fikir verməyin. Məni sevməyənlər çoxdur, amma sevənlərim onlardan da artıqdır. Hər zaman var olun”.

/Axşam.az/


Müəllif:
Загрузка...