3 İyun 2014 11:34
4 108
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Həmin xalq artisti mən deyiləm. Soğan yeməmişəm, içim də göynəmir”.

Bu sözləri Teleqraf.com saytına açıqlamasında xalq artisti İlhamə Quliyeva Aytən Səfərovanın “Salam Azərbaycan” verilişində söylədiyi sözlərə münasibət bildirərkən deyib.

Xatırladaq ki, tanınmış teleaparıcı Xalq artistinin belə demək mümkünsə, yalanının üstünü açıb:

“Təxminən bir il əvvəl agentlik jurnalisti Xalq artistinə zəng edib. Qalmaqallı məsələ ilə bağlı münasibətini öyrənmək istəyib. Soruşub ki, sizin filan müğənni xanımla məhkəmə çəkişməniz necə oldu? Xalq artisti cavabında, “Mən indi İsveçdəyəm. Burada diaspora nümayəndələri əyləşiblər. Canım, məni birisi gün yığın”, - deyib. Həmin jurnalsitin digər həmkarı deyib ki, sən narahat olma, bir az keçsin, mən də ona zəng edərəm. Təxminən bir saat keçəndən sonra həmin jurnalist müğənniyə zəng edir ki, bəs filankəs xanım, necəsiniz? Mən sizdən məhkəmə çəkişməniz olan müğənni ilə bağlı məlumat almaq istəyirəm. Xalq artisti cavab verir ki, mən indi Pirquludayam. Oturmuşam, çay içirəm. Jurnalsit də məətəl qalır, deyir ki, filankəs xanım, axı təxminən 1 saat əvvəl siz İsveçdəydiniz? Xalq artisti isə bu cavabı verir: “Cındırlar, mən Xalq artistiyəm, istəsəm İsveçdə olaram, istəsəm Pirquluda”.

A.Səfərova bu hadisəni danışsa da, söhbətin hansı Xalq artistindən getdiyini deməyib. Amma yerli mətbuatda həmin xalq artistinin İlhamə Quliyevanın olması ilə bağlı xəbərlər yazılıb. İ.Quliyeva isə həmin söhbətin ona heç bir aidiyyatı olmadığını vurğulayıb.

Aytən Həsənova


Müəllif: