10 İyun 2014 18:49
2 074
12 Punto 14 Punto 16 Punto 18 Punto

2003-cü ildə gənclər üzrə Avropa Gimnastika Çempionatında gümüş medal qazanan məşhur gimnast Florisa Leonid daha çox pul qazanmaq üçün bədənini satmağa qərar verib.

Teleqraf.com xəbər verir ki, idmançı karyerasını yarımçıq qoyan F.Leonid gimnast kimi yox, fahişə kimi daha çox pul əldə etdiyini söyləyib. Almaniyada bir gecədə 1000 sterlinq qazanan 27 yaşlı idmançı gümüş medal qazandıqdan sonra karyerasında sürətlə yüksəlsə də, idmançılığın ona daha çox pul qazandırmadığının fərqinə varıb.

Qazandığı pulun yarısını Rumıniyadakı ailəsinə göndərən F.Leonid yerdə qalan pulunu geyimləri üçün xərcləyir.

Bu seçimi ilə çoxları tərəfindən tənqidə məruz qalan idmançı barəsində deyilənlərə belə cavab verib: “Nə etmək lazımdırsa, onu da edirəm”.


Müəllif: