12 İyul 2017 09:12
2 184
12 Punto 14 Punto 16 Punto 18 Punto

Özünü qatarın altına ataraq intihar etmək istəyən qadın müəmmalı şəkildə yoxa çıxıb.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, hadisə Hindistanın Mumbai şəhərində baş verib.

Qatkopar stansiyasında saridə olan qadın yaxınlaşmaqda olan qatarın altına yıxılıb. Qatar dayandıqdan sonra onun altına baxış keçirən şəxslər inanılmaz hadisə ilə qarşılaşıb.

Qatarın altında nə qan izi, nə də cəsəd aşkar edilib. Bəziləri qadının yıxıldıqdan sonra ayağa qalxaraq qaçdığını iddia etsələr də, bu, inandırıcı olmayıb. Çünki qatar çox yaxında olub və qadının qalxıb onun altından qaçması üçün müəyyən vaxt tələb olunub.

Bəzi şəxslər isə onun real ruh olduğunu bildiriblər.

Təhlükəsizlik kamerasına əks olunan görüntüləri təqdim edirik:


Müəllif: Samir