O deyib: “Biz bu səfəri Polşanın Cənubi Qafqazda fəal siyasətə qayıdışı kimi qəbul edirik. Bu yaxınlarda Prezident Gürcüstanda səfərdə olub. Azərbaycan regionun ikinci ölkəsidir ki, onunla dövlət səviyyəsində danışıqlar aparılır. Bu, Polşanın onun üçün ənənəvi olan xarici siyasət sahəsinə qayıtması, yəni Polşa diplomatiyasının Cənubi Qafqaz regionunda geniş fəaliyyət göstərməsi üçün lazımdır”.