17 Oktyabr 2017 11:55
602
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Polşaya səfərə gedib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, Ərdoğanı Esenboğa aeroportunda Türkiyə Böyük Millət Məclisinin sədri İsmayil Qəhrəman, Ankara valisi Ərcan Topaca, Böyükşəhər bələdiyyəsinin sədri Melih Göyçək yola salıb.

Türkiyə prezidentini Polşa səfərində Avropa Birliyi naziri Ömər Çelik, Əmək və Sosial Müdafiə naziri Juridə Sarıəroğlu, Xarici İşlər naziri Mövlud Çavuşoğlu, İtisadiyyat naziri Nihat Zeybəkçi, Enerji və Təbii Sərvətlər naziri Bərat Albayraq, Mədəniyyət və Turizm naziri Numan Qurtulmuş və Müdafiə Sənayesi naziri Nurəddin Canikli müşayiət edəcək.


Müəllif: Samir