3 Noyabr 09:46
142

ABŞ Prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə görüşün anonsunu verib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı Tramp “Foks Nyus” telekanalına müsahibəsində bildirib.

O deyib ki, Putinlə Asiya-Sakit okeanı iqtisadi sammiti çərçivəsində görüşə bilər:

“Vyetnamda təşkil olunan sammit çox vacibdir. Bu səfər zamanı Putinlə vacib görüşüm ola bilər. Onlar bizə Şimali Koreya və Suriya ilə bağlı məsələlərdə yardım edə bilər. Biz Ukrayna ilə bağlı da danışacağıq”.

Qeyd edək ki, sammit noyabrın 6-11-də Vyetnamın Dananqe şəhərində keçiriləcək.


Müəllif: Samir