22 Noyabr 2017 11:23
713
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan və Ukrayna prezidentləri İlham Əliyev və Pyotr Poroşenko Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramının Brüsseldə keçiriləcək zirvə toplantısında görüşəcəklər.

Teleqraf.com “İnterfaks Azərbaycan”a istinadən verdiyi xəbər verir ki, prezidentlər ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edəcəklər. Azərbaycan prezidentinin Ukraynaya gözlənilən səfərinə hazırlıq da diqqət mərkəzində olacaq.

Qeyd edək ki, “Şərq tərəfdaşlığı” sammiti noyabrın 24-də keçiriləcək.


Müəllif: Teleqraf.com