14 Fevral 12:44

ABŞ Dövlət Departamenti Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın amerikalı general Pol Fankla bağlı səsləndirdiyi fikrə münasibət bildirib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bununla bağlı departamentin sözçüsü Hezer Noyert danışıb:

“Dövlət katibi Reks Tillerson sabah Ankaraya səfər edəcək və burada bir sıra görüşlər keçirəcək. Görüşlər zamanı Suriyada, xüsusilə Afrin bölgəsindəki vəziyyət müzakirə ediləcək. Biz bu bölgədə fəaliyyət göstərmirik. Ancaq Suriyada baş verən hadisələr bizi çox narahat edir. Türkiyənin təhlükəsizliklə bağlı narahatlığını da anlayırıq. Türkiyə ilə yanaşı, Suriya və ABŞ üçün yararlı həll yolu məsələsini Ankara tərəfi ilə müzakirə etmək istəyirik”.

Qeyd edək ki, Ərdoğan "Bizi vursalar, qarşılığını görəcəklər deyənlərə deyəsən ömürlərində heç vaxt Osmanlı silləsi dəyməyib. Türkiyəni ürəkləri istəyəndə girib-çıxdıqları, ağıllarına gələn hər şeyi edib, sonra hesabını vermədikləri ölkələrlə səhv salırlarsa, çox yaxında belə olmadığını görəcəklər" fikrini səsləndirmişdi.


Müəllif: Samir
Загрузка...