26 May 2018 17:33
1 402
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-da keçirilən bir rəy sorğusunda respondentlərin 69 faizi rəsmi Vaşinqtonun Yaxın Şərq üzrə fəaliyyətində Rusiya, İran və Çin kimi ölkələrə uduzduğu ortaya çıxıb.

Teleqqraf.com xəbər verir ki, bu barədə “The Hill” saytı məlumat yayıb.

ABŞ-ın son dövrdə Yaxın Şərqlə bağlı verdiyi qərarların bu prosesə mənfi təsiri qeyd edilib, Prezident Donald Trampın İranla nüvə sazişindən çıxması və Qüds addımına diqqət çəkilib.

Sorğunun İranla bağlı bölümündə Trampa dəstəkdən çox tənqid gəlib.

Rəyi soruşulanların 54 faizi İranla nüvə sazişindən çıxmaq əvəzinə müqavilənin yenidən müzakirə edilməsini düzgün sayıb. İran qərarına tam dəstək verənlərin nisbəti 46 faiz təşkil edib.

Sorğu iştirakçılarının 65 faizi isə İranın nüvə müqaviləsinə sadiq qalmadığı fikrində olub.

ABŞ səfirliyinin Qüdsə köçürülməsi məsələsində Amerika xalqı prezidenti dəstəkləyib. Respondentlərin 60 faizi Qüds qərarına müsbət yanaşıb.

Qəzza zolağında baş verən şiddətə görə 49 faiz HƏMAS-ı, 29 faiz ABŞ-ı, 22 faiz İsraili günahkar sayıb.

Mayın 21-22-də keçirilən anketdə 1347 amerikalı iştirak edib.


Müəllif: Ruslan