14 İyul 2016 13:57
206

Valideynlərin rus bölməsinə marağı 2 dəfədən çox artıb

Teleqraf.com-un xəbərinə görə, bunu Təhsil Nazirliyinin məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, əvvəllər şagirdlərin Rus bölməsi üzrə əhatə dairəsi 6 %-dən bir az yuxarı idisə, hazırda bu rəqəmlər 14-15 %-ə çatıb.


O, qeyd edib ki, məktəb və tədris dilini seçməkdə valideynlər azaddır: “Bu valideynlərin öz hüququdur. Rus bölməsinin təşkili üçün hər bir məktəbə fərdi qaydada baxmaq lazımdır. O yerdə rus bölməsi açılır ki, orada imkan var. İmkan olmayan yerdə bölməni açmaq mümkün deyil”.

İlhamə


Müəllif: