19 May 21:57

Zahirən sadə görünən şeylərin arxasında həqiqəti bilmək istəyənlər üçün hörümçək toruna çevrilmiş mətləblər olur.

Teleqraf.com belə mətləblərdən birini - gümüşün uzun zaman gizli saxlanılan faydalarını təqdim edir.

Bizə açıq şəkildə izah edilməyən, ancaq faydaları inanılmz dərəcədə çox olan bir element də gümüşdür. Keçmiş zamanlarda insanlar müalicə məqsədi ilə məhz bu elementdən yararlanırdılar.

Gümüşün faydaları Yuli Sezar dövründən bəllidir. Romalılar kiçik gümüş qırıntılarından yanıqları, kəsikləri və yaraları müalicə etmək, yunanlar isə su və şərab qablarını bakteriyalardan təmizləmək üçün istifadə edərdi. Roma dövründə yalnız gümüş qabda su daşıyan əsgərlərə döyüşə getmək icazəsi verilirdi, çünki romalılar gümüş qabın suyu təmiz və saf saxladığını bilirdilər.

14-cü əsrdə Avropanın mərkəzində əhalinin yüzdə 25-i vəbadan qırılmışdı, yalnız qaraçılar bu fəlakətdən xilas olmuşdular. Qaraçılar müalicə məqsədiylə gümüşü kiçik hissəciklərə ayırıb, açıq damardan bədənə yeridirdilər. Hissəciklər qan dövranı sayəsində bütün bədənə yayılıb bakteriya və virusları məhv edirdi.

Hələ o zaman gümüşün faydalarından xəbərdar olan həkimlər sağalmaq istəyən xəstələrinə gümüş qab-qacaqdan istifadəni tövsiyə edirdilər. Körpələrə gümüş qaşıqla qida vermək qədimlərdən məsləhət görülür. "Ağzında gümüş qaşıq doğulmaq” deyimi buradan meydana gəlib, çünki keçmiş zamanlarda zəngin ailələrin körpələri belə bir qayğıyla əhatə
olunurdular.

Həkim Henri Krookes 1900-cü illərin əvvəlində gümüşü bir çox xəstəliyin əlacı sayırdı. Elmi tədqiqat nəticəsində məlum olub ki, heç bir mikrob kolloidi gümüşə 6 dəqiqədən çox dözə bilmir. Gümüşün ilk antibiotik maddə olduğu ehtimal edilir. Amerikada təzə doğulan uşaqların gözünə gümüş tərkibli damla tökürdülər ki, gözdəki infeksiyaların qarşısı alınsın.

Gümüş 95 faizdən yuxarı nisbətdə infraqırmızı şualanmaya malikdir. Gümüşlə təmas edən radioaktiv enerjinin yüzdə 95 -i geri dönür. Yəni gümüş radiasiyaya qarşı təsirlidir. Gümüş 450 növ bakteriyanı DNT-də məhv edə bilir. Eyni zamanda yeni hüceyrələrin çoxalmasını dəstəkləyir, yaraların sağalmasını sürətləndirir. Gümüş birləşməsinin HIV (QİÇS) virusunu bir neçə dəqiqə ərzində məhv elədiyi iddiası ilə çıxış edən yapon həkimi Xiaojian Yao bu haqda qeydlərini "Nanotexnologiya 2012 International Journal"da çap edib.

Tərkibində gümüş ionu olan yeganə qida qozdur. Bu baxımdan qoz ən faydalı meyvələrdən hesab olunur. 1906-ci ildə ABŞ-da bütün böyük dərman şirkətlərini satın alan Con D. Rokfeller gümüş birləşmələrini dərman ticarətində əsas maneə sayırdı. Bu səbəblə o, Cude Abraham Felksnerin köməyi ilə Amerikadakı bütün tibb fakültələrində gümüş suyu ilə bağlı tədrisin qadağan olunmasına və bu təlimata əməl etməyən bütün professorların lisenziyalarını ləğv etməyə nail olmuşdu.

İşin maraqlı tərəfi isə Rokfellerin öz ailəsinə dərmandan istifadəyə icazə verməməsidir…

Şəfiqə Nazimqızı


Müəllif: Teleqraf.com