23 İyun 2017 10:34
650
12 Punto 14 Punto 16 Punto 18 Punto

İyunun 23-də Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-polkovniki Aydın Əliyev Oğuz şəhərindəki Olimpiya İdman Kompleksində vətəndaşları qəbul edib.

DGK-dən Teleqraf.com-a verilən məlumata görə, qəbulda bölgədə yerləşən - Oğuz, Şəki, Qəbələ rayonları və Mingəçevir şəhər sakinlərinin müraciətləri dinlənilib.

Vətəndaşların müraciətləri əsasən gömrük orqanlarında işə qəbul və digər gömrük məsələləri ilə bağlı olub.

Qəbul zamanı DGK sədri Aydın Əliyev hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturların rəhbərlərinə tapşırıqlarını verib.


Müəllif: Şəfiqə