22 Avqust 2017 22:19
1 031
12 Punto 14 Punto 16 Punto 18 Punto

Karen çox gözəl bilir ki, Dağlıq Qarabağ Azərbaycanındır. 200 hektar nar bağı salmaq üçün onun Qarabağda adamı yoxdur. Öz də nar 5 ildən sonra meyvə verir, nə ixtiyarla nar bağı saldırır?

Bu sözləri Teleqraf.com-a açıqlamasında Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri Bayram Səfərov Ermənistan baş naziri Karen Karapetyanın istirahət üçün Dağlıq Qarabağa yollanması və 200 hektarlıq nar bağı salacağı barədə xəbərlərə reaksiya verərkən deyib.

Bayram Səfərovun fikrincə, Azərbaycanın razılığı, halallığı və icazəsi olmadan bizim torpaqlarda heç kəs heç nə edə bilməz:

“Nə isə eləsə də, onun sonu yenə azərbaycanlıların xeyrinə qurtaracaq”.

Kəlbəcərdə mineral su zavodunun açılması barədə yayılan informasiyalara gəlincə, Bayram Səfərov hesab edir ki, ermənilərin belə bir zavod açmağa ixtiyarı yoxdur:

“Çünki Kəlbəcər, oradakı bulaqlar Azərbaycan dövlətinindir, bizim mülkiyyətimizdir, xalqımıza məxsusdur. Su zavodu açdıqlarını deyib gözümüzdə çox da böyütməyək, 70 il qabaq Şuşada Turşsuda qazlı su, Kəlbəcərdə İstisu vardı. Zavod açmaq elə böyük iş deyil ki”.

Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması İctimai Birliyinin sədri son günlər erməni ordusunda əsgər ölümlərini ört-basdır etmək üçün müxtəlif üsullara əl atılır:

“Hər vəchlə müxtəlif addımlarla erməni camaatını sakitləşdirib arxayın salmağa çalışırlar. Analar övladlarının Qarabağda ölməməsi, orduda xidmət etməməsi üçün narazılığını bildirəndə bunlar inandırmağa çalışırlar ki, guya Qarabağda möhkəm dayanıblar. Erməni anaları sakitləşdirmək üçün nə edəcəklərini bilmirlər. Qeyri-döyüş şəraitində əsgərlərinə özləri əzab verir, intihara sürükləyirlər, orduda problemləri çoxdur. Analar da haqlı olaraq etiraz edir ki, Ermənistanın ərazisində yaşaya-yaşaya övladımın Dağlıq Qarabağda nə işi var ki, gedib ölsün?”


Müəllif: Nərgiz Ehlamqızı