22 Sentyabr 2017 15:14
600
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyevin 2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında Sərəncamının icrasına dair Tədbirlər Planına uyğun olaraq Şeyxülislam Allahşükür Paşazadə və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 23-də Türkiyəyə səfər edəcək.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, səfərdə məqsəd Qafqaz Müsəlmanları İdarəsi və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Türkiyə Dəyanət İşləri Başqanlığı, İslam Əməkdaşlıq Təşkilatı İslam tarix, incəsənət və mədəniyyət tədqiqatları Mərkəzi (İRCİCA) və Türkiyənin Mərmərə Universiteti ilə birlikdə bu ilin sentyabr ayının 25-də Türkiyənin İstanbul şəhərində keçirəcəyi “İslam həmrəyliyi Türkiyə-Azərbaycan dostluğu timsalında” mövzusunda beynəlxalq konfransda iştirak etməkdir.

Nümayəndə heyətinin tərkibinə Milli Məclisin deputatları, Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Əhliman Əmiraslanov və Cavanşir Paşazadə daxildir.


Müəllif: Cavad