13 Oktyabr 2017 14:15
649
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təəssüf ki, bu gün Azərbaycanda təriqət qaydaları ilə idarə olunan çoxsaylı ailələr yaşayır.

Teleqraf.com xəbər verir ki, bunu bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən "İslam həmrəyliyi: Azərbaycan örnəyi" adlı konfransda Bilik Fondunun ölkədaxili layihələr sektorunun müdiri Hacı Abdulla bildirib.

Natiq bunun çox təhlükəli tendensiya olduğunu vurğulayıb: "Mənim bir qohumum Binə və Sədərək Ticarət mərkəzlərində işləyir. O deyir ki, mən ancaq onlardan, yəni vəhhabilərdən mal alıram.

Dağıstandan və Azərbaycanın rayonlarından gələn qardaşlarımız da yalnız onlardan mal alır. Bu, təhlükəli tendensiyadır və bunun qarşısının alınması istiqamətində mütləq tədbirlər görülməlidir".


Müəllif: Könül