18 Oktyabr 2017 13:27
645
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daha iki xarici şirkət Azərbaycan bazarını tərk edir.

Teleqraf.com xəbər verir ki, bu barədə “Vergilər” qəzetinin xüsusi buraxılışında elan yer alıb.

Məlumata görə, “Altus İntervention AS” şirkəti Azərbaycandakı filialının ləğv olunduğunu elan edib.

Həmin ünvanda qeydiyyatda olan “Qinterra Technologies AS” şirkətinin də filialı ləğv olunub.

Bildirilir ki, hər iki şirkət üzrə kreditorlar tələblərini Bakı şəhəri, Səbail rayonu, Salyan şosesi, ev 15-ci km ünvanına bildirə bilərlər.


Müəllif: Teleqraf.com