20 Oktyabr 2017 10:42
761
12 Punto 14 Punto 16 Punto 18 Punto

İslahatlara və dəyişikliklərə hər zaman ehtiyac var.

Teleqraf.com xəbər verir ki, bunu Energetika naziri Pərviz Şahbazov jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, dünyada bütün sahələrdə olduğu kimi energetikada da bir çox aktual çağırışlar mövcuddur:

“Sözsüz ki, bu çağırışların öhdəsindən gəlməkdən ötrü hər zaman islahatlara və dəyişikliklərə ehtiyac var. Bizim qarşımızda konkret vəzifə və hədəflər durur. Çalışacağıq ki, hədəflərə çataq”.

Nazirin sözlərinə görə, Azərbaycan qəbul ediləcəyi təqdirdə, OPEK+ sazişinin uzadılması haqqında qərarı dəstəkləyəcək.

Pərviz Şahbazovun sözlərinə görə, cari ilin noyabr ayında OPEC çərçivəsində növbəti iclas nəzərdə tutulub: “Biz də dəvət edilsək, həmin tədbirdə iştirakımıza rəhbərlik razılıq versə, iştirak edəcəyik. Təkcə OPEC-lə deyil, bütün beynəlxalq öhdəliklərə hər zaman çox ciddi yanaşırıq. Sözsüz ki, OPEC-lə də razılaşma istisna deyil”.

Nazir qeyd edib ki, neft bazarının balanslaşdırma Azərbaycanın marağındadır: “Tək bir ölkə bunun öhdəsindən gələ bilməz. Beynəlxalq aləmlə hər hansı formatda əmkdaşlığa ehtiyac var. Son proseslər göstərir ki, OPEC və OPEC+ çərçivəsində atılan addımlar özünü doğruldur. Carı il çərçivəsində neft bazarı tarazlaşıb”.


Müəllif: İlhamə Əbülfət