24 Oktyabr 2017 09:59
1 044
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gediş haqqı ilə bağlı məsələlər “Baku Bus”un səlahiyyətlərinə daxil deyil.

Bunu Teleqraf.com-a açılqamasında Baku Bus MMC-nin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mansur Piriyev deyib.

Onun sözlərinə görə, “Baku Bus”daşıyıcı şirkətdir: “Şirkət sadəcə sərnişindaşıma fəaliyyətini həyata keçirir. Diqqət yetirirsinizsə maliyyə hesabatlarında hər şey ən xırda detallarına qədər təhlil olunub və şəffaf şəkildə öz əksini tapıb. Hesabatı düzgün qiymətləndirmək üçün onun iqtisadi analizini aparmaq lazımdır. Başqa cür yanaşma qeyri-peşəkarlıq olar”.

Qeyd edək ki, dünən Baku BusMMC-nin açığladığı hesabatda ötən il 55 milyon zərərlə işlədiyi məlum olub. Mediada isə “Baku Bus”ın gediş haqqını artıracağı xəbərləri yayılıb.


Müəllif: İlhamə Əbüfət