4 Noyabr 13:00
1 342

Türkiyə Silahlı Qüvvələrinin qırıcıları İraqın şimalındakı Sinat-Haftanin, Qara, Metina, Avaşin-basyan, Zap və Hakurk bölgələrində yerləşən PKK sığınacaqlarına ağır zərbələr endirib.

Teleqraf.com türk mediasına istinadla xəbər verir ki, hərbi zərəblər zamanı 36 obyekt əsas hədəf seçilib.

Terrorçuların istifadə etdiyi silah anbarları, neft ehtiyatları, ərzaq məhsullarının saxlanıldığı yerlər vurulub.

Türkiyə Silahlı Qüvvələri PKK terror təşkilatının çoxlu sayda anbar və canlı qüvvəsinin məhv edildiyini bildirib.

Xatırladaq ki, ötən gün xain hücum nəticəsində 8 türk əsgəri şəhid edilmişdi.


Müəllif: Cavad