13 Noyabr 16:47
43

Xocavənddə əkin sahəsində tank əleyhinə mina (TM-57) aşkar edilib.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Teleqraf.com-a verilən məlumata görə, Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Xocavənd rayonu, Qarasu kəndi ərazisində 1 ədəd mərminin olması barədə məlumat daxil olub.

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən əkin sahəsində aparılan əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd tank əleyhinə mina (TM-57) aşkar edilib, hava şəraitinin əlverişsiz olması ilə əlaqədar olaraq 13 noyabr 2017-ci il tarixində partlayış yolu ilə zərərsizləşdirilib.


Müəllif: Teleqraf.com