13 Yanvar 11:05

Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzi “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbiri keçirib.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Gəncə şəhəri V.Veysəlov adına 30 nömrəli tam orta məktəbində

keçirilən tədbirdə Gəncə Regional Dövlət Yanğın Nəzarəti İdarəsinin, həmçinin Gəncə Regional fövqəladə hallar və mülki müdafiə şöbəsinin əməkdaşları iştirak ediblər.

Toplantının keçirilməsində məqsəd məktəbin kollektivinə müxtəlif xarakterli təbii və texnogen mənşəli fövqəladə halların yaranma səbəbləri, onlardan qorunma üsulları haqqında biliklərin aşılanması olub.

Tədbirdə dəm qazı, yanğınlar, zəlzələ, “112” qaynar telefon xətti”, odsöndürücü balonlardan istifadə qaydaları haqqında geniş məlumat verilib, mövzulara aid slaydlar, videoçarxlar nümayiş olunub.

Sonda sualları cavablandırılıb.


Müəllif: İlhamə
Загрузка...