16 Fevral 2018 23:48
889
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş, şərti adı “Son iclas” olan sənədli film çəkiləcək.

Nəriman Nərimanovun xatirə muzeyindən Publika.az-a verilən məlumata görə, filmin ssenarisi Cümhuriyyət parlamentinin 1920-ci il aprelin 27-də keçirilmiş son iclasının stenoqramı əsasında hazırlanıb. Sənədli film Arzu xanım Əliyevanın baş prodüserliyi ilə çəkiləcək. Bakı Media Mərkəzinin direktoru Orman Əliyev muzeyə ünvanladığı məktubda bildirib ki, filmdə həmin dövrün mənzərəsini bərpa etmək üçün münasib məkanlarda, o cümlədən Nəriman Nərimanovun xatirə muzeyində çəkiliş aparmağa ehtiyac duyulur. Mərkəzin əməkdaşları Orxan Hüseynov və Elmar Əzimli muzeyin zallarına baxış keçirərək məsləhətləşmələr aparıblar.


Müəllif: Teleqraf.com