28 Aprel 2014 11:07

Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilən “Talassemiyasız həyat naminə” proqramına uyğun olaraq, İqtisadiyyat və Sənaye Nazirliyində qanvermə aksiyası keçirilib.

Nazirlikdən Teleqraf.com-a verilən məlumata görə, aksiya Bakı Biznes Tədris Mərkəzində, Sahibkarlığa Kömək Milli Fondunda, Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətində və İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunda baş tutub.

Talassemiyadan əziyyət çəkən uşaqlara yardım etmək üçün qanvermə aksiyası nazirliyin digər qurumlarında da davam etdirilir.

Naibə


Müəllif: