22 Avqust 2014 13:59

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən ölkənin yeni baş naziri təyin olunan Əhməd Davudoğlu ailəsi ilə gündəmə gəlib.

Teleqraf.com-un qafqazinfo-ya istinadən verdiyi məlumata görə, 4 uşaq atası olan Davudoğunun böyük qızı Səfurənin 2011-ci ildə qəzetlərdən birinə verdiyi reportaj yenidən mətbuatda yayımlanıb.

Reportajda Səfurə atasını artıq çox görməməkdən şikayətlənib:

“Bizim sıxıntımız atamızı daha çox görə bilməməyimizdir. Onun üçün çox darıxırıq. Ancaq həftə sonları görüşə bilirik”.

Ə. Davudoğlu baş nazirin əsas məsləhətçisi işlədiyi dövürdə kiçik qızı Həcər Ərdoğana məktub yazaraq “Xahiş edirəm, atamı işdən qovun” deyə bildirib.

Yeni baş nazir Sara ilə 30 il öncə ailə həyatı qurub. Cütlüyün Səfurə, Meymunə, Həcər və Mehmet adlı 4 övladı var. Səfurə və Meymunə ailəlidir.

Genekoloq olan Sara Davudoğlu Ərdoğanın qızı Əsra Albayraqın da həkimidir. Üzvü olduğu “Həyat Sağlıq Vəqfi”nin də məqsədi abortla mübarizə aparmaqdır.

Sara Davudoğlu ərinin həyatda ən çox səyahət etməkdən xoşlandığını, onu 30 illik evlilikləri boyunca yalnız bir dəfə -İsrailin Mavi Mərmərəyə hücumundan sonra ilk dəfə BMT-də çıxışı zamanı hirsləndiyini gördüyünü bildirib.

Qeyd edək ki, Ə. Davudoğlu baş nazir kimi avqustun 28-dən fəaliyyət göstərəcək.


Müəllif:
Загрузка...