1 May 2014 18:36
1 011
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev Ağdaşda Bayraq Meydanında yaradılan şəraitlə tanış olub. Teleqraf.com xəbər verir ki, Ağdaşda Bayraq Meydanının inşasına ötən ilin fevralında başlanılıb və bu ilin aprelində sona çatdırılıb.

Bayraq dirəyinin hündürlüyü 52 metrdir. Təbii mərmərlə üzlənmiş postamentin üzərində Azərbaycanın xəritəsi, dövlət himni və gerbi əks olunub. Meydan inşa olunarkən burada Azərbaycan milli memarlıq məktəbinin elementlərindən geniş istifadə edilib.

Bayraq Meydanının ərazisində geniş abadlıq işləri görülüb, yaşıllıq zolağı salınıb və müasir işıqlandırma sistemi quraşdırılıb.

**

Prezident, həmçinin 220 kilovoltluq “Ağdaş” elektrik yarımstansiyasının açılışında iştirak edib.
İnzibati bina ilə tanışlıq zamanı dövlət başçısının diqqətinə çatdırılıb ki, yarımstansiya iki avtotransformatordan, 2 açıq paylayıcı quruluşdan, idarəetmə mərkəzindən, xüsusi sərfiyyat üçün 2 transformatordan, ehtiyat xüsusi sərfiyyat mənbəyi olan dizel-generatorundan, qəza yağ qəbuledici tutumundan, yanğından mühafizə sistemindən və digər komponentlərdən ibarətdir.

Yarımstansiyanın şəbəkəyə birləşdirilməsi üçün 60 kilometrdən artıq 110 kilovoltluq hava xətti çəkilib. Bu, ətraf rayonları elektrik enerjisi ilə etibarlı təmin etmək imkanlarını artıracaq.

İstismara verildikdən sonra yarımstansiyada 25-ə yaxın işçi daimi işlə təmin olunacaq. Bütövlükdə bu layihənin icrasının başa çatması nəticəsində 500 kilovoltluq “Abşeron” yarımstansiyası ilə Mingəçevir Su Elektrik Stansiyası arasında əlaqələr güclənəcək, texniki itkilər xeyli azalacaq və ümumilikdə, aran bölgəsinin, o cümlədən Ağdaş, Göyçay, Ucar və Qəbələ rayonlarının keyfiyyətli elektrik enerjisi ilə təchizatı əhəmiyyətli dərəcədə yaxşılaşacaq.

**

Dövlət başçısı bu gün Ağdaşa səfəri çərçivəsində Heydər Əliyev parkında aparılan yenidənqurma işləri ilə də tanış olub.

Parkda yaradılan iki süni göl və 11 fəvvarə bu istirahət məkanının gözəlliyini daha da artırıb. Burada müasir işıqlandırma sistemi, müxtəlif attraksionlar, ana və uşaq istirahət mərkəzi, gənclər kafesi, mini avtodrom yaradılıb.

Görülən işlər çərçivəsində açıq fitnes, 5D kino zalı, tir atıcılıq mərkəzi də qurulub, müasir dizaynda oturacaqlar qoyulub. Parkın ərazisinin yaşıllaşdırılması məqsədilə ağac və dekorativ gül kolları əkilib, geniş ərazidə çəmənlik salınıb.

Səxavət


Müəllif: