12 May 2014 15:45
1 468
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Mən həmişə insan hüquqları mövzusuna da toxunuram və bu, xüsusilə də Fransanı, Fransa xalqını maraqlandıran bir məsələdir. Fransa bu dəyərlərə yüksək qiymət verdiyinə görə və yaxşı münasibətləri qoruyub saxlamaq üçün biz bütün suallar haqqında müzakirələr apardıq".

Bunu Bakıda Fransa Prezidenti Fransua Olland Azərbaycan Prezidenti İlham Əliyevlə birgə keçirdiyi mətbuat konfransında jurnalistin hüquq müdafiəçisi Leyla Yunus və jurnalist Rauf Mirqədirovla bağlı sualını cavablandırarkən deyib /Trend/.


Müəllif: