20 Fevral 2015 19:01
367

Fevralın 20-də Cəlilabad rayonunda Səhiyyə Nazirliyinin regional kollegiyası keçirilib.

Nazirliyin mətbuat xidmətindən AzərTAc-a verilən məlumata görə, səhiyyə naziri Oqtay Şirəliyevin rəhbərliyi ilə keçən kollegiyada 12 rayonun mərkəzi xəstəxanalarının baş həkimləri və gigiyena epidemiologiya mərkəzlərinin rəhbərləri iştirak ediblər.

Toplantıda cənub bölgəsində əhalinin tibbi xidmətdən razılıq səviyyəsi, dərman təchizatının yaxşılaşdırılması və bu istiqamətdə görülən işlər, sanitar-gigiyenik normalara riayət olunması və s. bu kimi məsələlər müzakirə olunub.


Müəllif: