4 Mart 2015 11:42

Azərbaycan Milli Elmlər Akademiyası Elmi İnnovasiyalar Mərkəzinin (EİM) Elmi şurasının növbəti iclası keçirilib.

AMEA Elmi İnnovasiyalar Mərkəzinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, EİM-un baş direktoru Azər Namazovun sədrliyi ilə keçirilən iclasda “Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Prezidentin sərəncamından irəli gələn EİM-in vəzifələri müzakirə edilib, fikir mübadiləsi aparılıb.

Tədbirlər planının işlənib hazırlanmasına dair qərar qəbul edilib.

SEVİL


Müəllif: