16 İyul 2015 11:44

Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin maliyyə dəstəyi ilə Brayl əlifbası ilə çap edilimiş Qurani-Kərimin təqdimatı keçirilib.

Teleqraf.com-un xəbırinə görə, tədbirdə çıxış edən DQİDK-nın sədri Mübariz Qurbanlı bildirib ki, Qurani-Kərimin insanlara çatdırılması vacibdir. Onun sözlərinə görə, Azərbaycanda insanların sosial müdafiəsinin təşkil edilməsinə mənəvi dəstək tədbirləri də daxildir:" Gözdən əlillər üçün Brayl əlifbasında Qurani-Kərimin nəşri də bu sosial müdafiə işlərinə daxildir. Bu, bizim ilk addımımızdır və gələcəkdə bu istiqamətdə işlərimiz olacaq".

Akademik Vasim Məmmədəliyev deyib ki, Qurani-Kərim insanlar üçün bir şəfadır. Onun sözlərinə görə, gözdən əlillər üçün nəşr olunan bu müqəddəs kitab onlara bir yol göstərən olacaq:"İnanıram ki, gələcəkdə insanlar arasında daha çox yayılan Məhəmməd Peyğəmbərin hədisləri də toplanıb gözdən əlil olan vətəndaşlarımıza çatdırılacaq. Bu sahədə görülən bütün işlər gözəldir və savabdır".

Millət vəkili Siyavuş Novruzov deyib ki, prezidentimizin diqqət və qayğısı bütün vətəndaşalara yönəlib. Onun sözlərinə görə, Brayl əkifbası ilə Qurani-Kərimin nəşri də bunun bariz nümunəsidir:"Bizim dövlətimiz sosial dövlətdir. Ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra şəhid ailəlırinə, müharibə veteranları və əlillərinə hər zaman qayğı göstərilib. Bu siyasət hazırkı dövlət başçısı İlham Əliyev tərəfindən də davam etdirilir. Elə bu yaxın günlərdə I Avropa Oyunları çərçivəsində müharibə iştirakaçısı, gözdən əlil İlham Zəkiyevin açılışı etməsi Prezident İlham Əliyevin diqqətinin göstəricisidir".

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İlqar Rəhimov deyib ki, Qurani-Kərimin Brayl əlifbası ilə çap edilməsi böyük rəmzi məna daşıyır. Onun fikrincə, bu layihə həqiqətən sosial əhəmiyyət daşıyır.

Bəxtiyar


Müəllif:
Загрузка...