6 May 2016 01:33
217

Ən çox mənfi xəbər Araz Əlizadə haqqında olub.

Azərbaycanın bütün mediasınının monitorinqini aparan Media Təqib Mərkəzi 2016-cı ilin aprel ayı üzrə millət vəkilləri haqqındakı monitorinqi təqdim edir.

2016-cı ilin aprel ayında elektron mətbuatda, yəni sayt və portallarda deputatlarla əlaqəli 24050 xəbər yerləşdirilib. Bunlardan 330 xəbər mənfi, 25 xəbər müsbət və 23695 xəbər isə neytraldır. Mənfi xəbərlər arasında liderlər: Araz Əlizadə (62 xəbər - himnimizi təhqir etdiyi üçün deputata sərt reaksiya), Cavid Qurbanov (43 xəbər – dəmiryolçuları həbslə hədələməsi, deputatı həbsə aparacaq dosye olması), Nəriman Əliyev (41 xəbər - seçiciləri ilə görüşməməsi, verdiyi vədləri yerinə yetirməməsi). Müsbət xəbərlər isə Qənirə Paşayevaya (25 xəbər – deputatın Türkiyədə mükafata layiq görülməsi) məxsusdur.

Xəbər sayına görə sıralama:

1. Mehriban Əliyeva 3173 xəbər
2. Oqtay Əsədov 1254 xəbər
3. Qənirə Paşayeva 1207 xəbər
4. Rövnəq Abdullayev 866 xəbər
5. Zahid Oruc 727 xəbər
6. Azay Quliyev 703 xəbər
7. Siyavuş Novruzov 682 xəbər
8. Bahar Muradova 669 xəbər
9. Vahid Əhmədov 666 xəbər
10. Səməd Seyidov 615 xəbər

Yazılı mətbuatda (qəzet və jurnallarda) bu sektorla əlaqəli 2966 xəbər dərc edilib. Bu xəbərlərdən 2942-si neytral, 24-ü isə mənfi xəbərlərdir. Mənfi xəbərlər arasında liderlər: Mirkazım Kazımov (8 xəbər - “Azadlıq” qəzetinə borcunu ödəməməsi), Araz Əlizadə (8 xəbər - himnimizi təhqir etdiyi üçün deputata sərt reaksiya). Aprel ayında bu sektorla əlaqəli yazılı mətbuatda müsbət xəbər dərc olunmayıb.

Xəbər sayına görə sıralama:

1. Mehriban Əliyeva 328 xəbər
2. Siyavuş Novruzov 125 xəbər
3. Oqtay Əsədov 119 xəbər
4. Bahar Muradova 102 xəbər
5. Vahid Əhmədov 92 xəbər
6. Fazil Mustafa 86 xəbər
7. Elxan Süleymanov 76 xəbər
8. Qənirə Paşayeva 72 xəbər
9. Əflatun Amaşov 71 xəbər
10. Zahid Oruc 67 xəbər

Aprel ayında televiziya kanallarında deputatlar haqqında 2106 xəbər göstərilib.

Xəbər sayına görə sıralama:

1. Mehriban Əliyeva 270 xəbər
2. Oqtay Əsədov 113 xəbər
3. Fuad Muradov 94 xəbər
4. Qənirə Paşayeva 72 xəbər
5. İsa Həbibbəyli 71 xəbər
6. Ziyad Səmədzadə 70 xəbər
7. Elxan Süleymanov 66 xəbər
8. Cavid Qurbanov 64 xəbər
9. Elman Nəsirov 62 xəbər
10. Əhliman Əmiraslanov 61 xəbər

Radio kanallarında bu sektorla əlaqəli 145 xəbər söylənilib.

Xəbər sayına görə sıralama:

1. Mehriban Əliyeva 107 xəbər
2. Oqtay Əsədov 14 xəbər
3. Rövnəq Abdullayev 6 xəbər
4. Elxan Süleymanov 4 xəbər
5. Səməd Seyidov 3 xəbər

Xatırladaq ki, Media Təqib Mərkəzi ölkədə mövcud olan bütün sahələrin analizini aparır. Monitorinq sahəsinə ölkədə dərc olunan 100-ə qədər qəzet və jurnal (o cümlədən, 35 gündəlik qəzet), elektron vasitələrdə yayımlanan 1400 sayt (o cümlədən, 450 gündəlik yenilənən sayt), 12 televiziya kanalı, 12 radio kanal və sosial şəbəkələr daxildirlər. Haqqınızda qəzet və jurnallarda yazılan, saytlarda yayımlanan, TV-lərdə göstərilən, radiolarda səsləndirilən, sosial mediada yazılanları bizdən öyrənə bilərsiniz. Əlaqə üçün (012) 409 90 09-a zəng etməyiniz kifayətdir.


Müəllif: