15 May 2016 08:53
186

Nazirlər Kabineti “Təbii inhisar subyektlərinin Siyahısı”nda dəyişikliklər edib.


APA-nın məlumatına görə, indiyə qədər su limanı xidmətləri, liman qurğularının istismarı, yükaşırma və hərəkət təhlükəsizliyi üzrə təbii inhisar subyekti “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” Qapalı Səhmdar Cəmiyyəti olub.

Dəyişikliyə əsasən “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC su limanı xidmətləri, liman qurğularının istismarı, yükaşırma üzrə təbii inhisar subyekti kimi qalıb, hərəkət təhlükəsizliyi üzrə təbii inhisar subyekti statusunu isə itirib. Dövlət Dəniz Administrasiyasının tabeliyində Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi dəniz üzgüçülüyünün təhlükəsizliyi üzrə təbii inhisar subyekti kimi siyahıya daxil edilib.


Müəllif: