1 İyun 2016 09:56

İyunun 1-də Bakıda XXIII Beynəlxalq “Xəzər Neft və Qaz 2016” sərgisinin açılışı olub.

Teleqraf.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

Əvvəlcə “ITE Group Plc” şirkətinin nümayəndəsi Endryu Vud çıxış edərək mərasim iştirakçılarını salamlayıb.

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə nitq söyləyib.

Sonra ABŞ dövlət katibinin köməkçisinin müavini xanım Robin Dunnigan çıxış edərək Amerika Birləşmiş Ştatlarının Prezidenti Barak Obamanın məktubunu oxuyub.

Böyük Britaniyanın Baş nazirinin ticarət üzrə elçisi Baronessa Emma Nikolson çıxış edərək Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Devid Kemeronun məktubunu oxuyub.

Çıxışlardan sonra dövlətimizin başçısı sərgi ilə tanış olub.


Müəllif:
Загрузка...