4 İyul 2016 15:41

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Nahid Abbaslının cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, bu ilin yanvarın 13-də Sabunçu rayonunda Nahid Abbaslı Bakı şəhər sakini Ramin Babayev naməlum şəraitdə bıçaqlayıb.

Sabunçu rayon Polis İdarəsinin 12-ci polis bölməsi əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Yardımlı rayon sakini, əvvəllər məhkum olunmuş Nahid Abbaslı tutulub. Araşdırmalar zamanı məlum olub ki, hadisə söyüş üstündə baş verib. Kafelərdən birinin qarşısında Ramin Babayev söyüş söyüb, Nahid ona etirazını bildirib, onların arasında mübahisə yaranıb. Mübahisə sonda qanlı olayla nəticələnib.

Onların qonşu olduğu bildirilir.

Nahid Abbaslı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham olunub. Hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Nahid Abbaslı 5 il müddətinə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif:
Загрузка...