6 İyul 2016 19:52

Lənkəranda yol qəzası baş verib. Hadisə zamanı iki nəfər xəsarət alıb.

Hadisə Ələt-Astara magistralının 216-cı km-də baş verib. Astara rayonu Ərçivan qəsəbə sakini 21 yaşlı Elvin Qasımzadənin idarə etdiyi, Ələt istiqamətində hərəkətdə olan "Mercedes" markalı 90 XP 831 dövlət qeydiyyat nişanlı avtomaşın idarəetməni itirərək yoldan çıxıb və qarşıdakı maneəyə çırpılıb. Nəticədə sürücü ağır kəllə-beyin travması alıb.

Sürücü, habelə maşında olan sərnişin Toğrul Əlizadə sol bazu sümüyünün sınığı diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin məlumata görə sürücünün idarə etdiyi avtomaşın özünün olmayıb. O, nəqliyyat vasitəsini tanışından müvəqqəti olaraq idarə etmək üçün alıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən araşdırma aparılır.
/Report.az/


Müəllif: