8 İyul 2016 19:53
451
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Teleqraf.com-a verilən məlumata görə, Ağdam rayonu Əhmədağalı kəndində 3 əkin sahəsində 3 partlayış yerinə baxış keçirilib, partlamamış hərbi sursat aşkar edilməyib.

Tərtər rayonu Əhmədağalı kəndində də əkin sahəsində 1 partlayış yerinə baxış keçirilsə də, partlamamış hərbi sursat aşkar edilməyib.

Gəncə şəhəri Kəpəz rayonunda yolun ərazisində 8 ədəd TM-62 tank əleyhinə mina aşkar olunaraq, götürülüb.

Nəticə etibarilə gün ərzində 4 300 kv.m ərazi təmizlənib.


Müəllif: