4 İyul 2014 12:09

Kəpəz Rayon Polis İdarəsindən verilən məlumata görə, şəhər sakini Rafiq Həbibov İdarəyə müraciət edərək bildirib ki, Gəncə şəhəri 38 saylı Hərbi Şəhərcikdə, 397 saylı binanın zirzəmisində su nasosunu təmir edən zaman bir ədəd mərmi tapıb.

Məlumat əsasında əməliyyat-axtarış qrupu hadisə yerinə gedib və yararsız vəziyyətdə atılmış tank əleyhinə bir ədəd PQ-9 markalı mərmi götürülərək Kəpəz Rayon Polis İdarəsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

/apa/


Müəllif: