11 İyul 2014 18:40
1 151
12 Punto 14 Punto 16 Punto 18 Punto

Heydər Əliyev Hava Limanı istiqamətində yolda ağır qəza baş verib.

Məlumata görə, 90 NG 183 dövlət nömrə nişanlı “Mersedes” avtomobilinin sürücüsü idarəetməni itirərək yüksək sürətlə yol kənarındakı qoruyucu çəpərə çırpılıb və yoldan çıxaraq aşıb.

“Mersedes”də olan 3 nəfər yaralanıb və onlar təcili tibbi yardım maşını ilə xəstəxanaya göndərilib.

Hadisə yerində DYP əməkdaşları araşdırma aparır.

/axar.az/


Müəllif: