Bakının Suraxanı rayonunda əcnəbi vətəndaşlar qarət olunub.
Bu barədə Teleqraf.com-a Suraxanı rayon Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, rayon ərazisində Koreya vətəndaşları San Sung Gugdan və Tun Tong Hyunda quldurluqla üzləşibklər. Onlarn bıçaqla hədələyən naməlum şəxs 950 dollar, 600 manat pulu və 3 ədəd telefonu ələ keçirib.
Polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində quldurluq cinayətini törətməkdə şübhəli bilinən Bakı şəhər sakini Təhməz Əliyev tutulub.
Hacı Zeynalov