16 İyul 2014 11:02
807
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Rustavi 2” teleşirkətinin keçmiş baş direktoru, eləcə də Gürcüstanın Rusiyadakı keçmiş səfiri Erosi Kitsmarişvili özünün Tbilisidəki mənzilində ölmüş vəziyyətdə tapılıb.

İlkni versiyaya görə, Kitsmarişvili özünə qəsd edib. Çünki onun meyitinin yanında tapança da olub.
Erosi Kitsmarişvili 1965-ci ildə Rustavi şəhərində anadan olub. 1993-cü ildə “Rustavi 2” televiziya şirkətini yaradıb. 2004-ci ildə Gürcüstanın Ticarət-sənaye palatasının prezidenti postunu tutub.

Kitsmarişvili 2005-ci ildə ABŞ-a gedərək biznesini orada yaratmaq istəyib. Bu müddətdə həm də Gürcüstanın Nyu-Yorkdakı xüsusi səlahiyyətli səfiri olub. 2008-ci ilin fevralında Gürcüstanın Rusiyadakı səfiri təyin olunub.

/modern.az/


Müəllif: