20 İyun 2017 11:34
796
12 Punto 14 Punto 16 Punto 18 Punto

Abşeron rayonunda bıçaqlanma baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Sulutəpə qəsəbəsində qeydə alınıb.

1958-ci il təvəllüdlü Əlizadə Ağayev bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

Əlizadə Ağayevin qardaşı tərəfindən ailə münaqişəsi zəminində bıçaqlandığı bildirilir.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov