Teleqraf.com xəbər verir ki, hadisə rayonun Qoxmuq kəndində yerləşən çayxanada 1997-ci il təvəllüdlü Tural Qədirov bıçaqlanıb.
Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.
Məlumata görə, Tural Qədirovu 1997-ci il təvəllüdlü həmkəndlisi Emil Mustafayev bıçaqlayıb. Emil Mustafayev həbs edilib.
Məlum olub ki, Tural Qədirov çayxanada çay içən zaman Emil Mustafayev onu küçəyə çağırıb. Həmyaşıdların arasında mübahisə yaranıb. Tural Emili söyüb. Emil isə onu özündə olan bıçaqla vurub.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.